Güclü yağış Gürcüstanın üç rayonunda problemlər yaradıb

Güclü yağış Gürcüstanın üç rayonunda problemlər yaradıb Güclü yağış və külək Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.
Region
8 Sentyabr , 2019 06:41
Güclü yağış Gürcüstanın üç rayonunda problemlər yaradıb

Güclü yağış və külək Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.

"Report"un yerli bürosu xəbər verir ki, bölgənin Siğnaği, Laqodexi və Qurcaani rayonlarında onlarla evin həyətini su basıb.

Kəskin hava şəraitinin yaratdığı problemlərin aradan qaldırılması üçün hər üç rayona xilasetmə qüvvələri və xususi texnika cəlb olunub.

Bölgəyə dəyən zərərin müəyyən olunması üçün xüsusi komissiya yaradılıb.

Son xəbərlər

Orphus sistemi