Güclü yağış və külək Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.
"Report"un yerli bürosu xəbər verir ki, bölgənin Siğnaği, Laqodexi və Qurcaani rayonlarında onlarla evin həyətini su basıb.
Kəskin hava şəraitinin yaratdığı problemlərin aradan qaldırılması üçün hər üç rayona xilasetmə qüvvələri və xususi texnika cəlb olunub.
Bölgəyə dəyən zərərin müəyyən olunması üçün xüsusi komissiya yaradılıb.