Gürcüstan prezidenti Vladimir Putinlə danışıqlar masasına əyləşməyə hazırdır

Gürcüstan prezidenti Vladimir Putinlə danışıqlar masasına əyləşməyə hazırdır Gürcüstan prezidenti: "Rusiya ilə münasibətlər əvvəlki - strateji səbr rejimində qalır"
Region
7 Fevral , 2017 12:36
Gürcüstan prezidenti Vladimir Putinlə danışıqlar masasına əyləşməyə hazırdır

Bakı. 7 fevral. REPORT.AZ/ Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Rusiya prezidenti Vladimir Putin ilə görüşmək istəyini ifadə edib.

Bu barədə "Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir.

"Rusiya ilə münasibətlər əvvəlki - strateji səbr rejimində qalır. Bunun çətin tərəfləri var. Mən problemli məsələ olan Tsxinvali regionunda və Abxaziya ilə rəsmiləşmiş strateji əməkdaşlıq haqqında sazişləri nəzərdə tuturam. Ticarət əlaqələrində də müsbət dinamika var. Digər tərəfdən, münasibətimiz dəyişməyib", - deyə G.Marqvelaşvili "İberiya" telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, Gürcüstanın dövlət başçısı Vladimir Putinlə şəxsən görüşmək istədiyini vurğulayıb.

"Rusiya prezidenti ilə görüşlə bağlı mövqeyim belədir ki, həmişə danışıqlar masasından istifadə etmək lazımdır", - deyə G.Marqvelaşvili bildirib.

Onun sözlərinə görə, bu görüş bütün qurumların fəal iştirakı nəzərə alınaraq hazırlanmalıdır.

Son xəbərlər

Orphus sistemi