“Gazprom Armenia” külli miqdarda vəsaiti vergidən yayındırıb
Region
- 14 noyabr, 2018
- 11:12
Bakı. 14 noyabr. REPORT.AZ/ Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Gazprom Armenia” şirkətində iri maliyyə pozuntuları barədə məlumat yayıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, qurumun yaydığı məlumatda şirkətin həm də böyük maliyyə vəsaitlərini vergidən yayındırdığı göstərilir.
Belə ki, 2016-cı və 2017-ci ildə “Gazprom Armenia” şirkəti gəlir və əlavə dəyər vergiləri barədə saxta məlumatlar təqdim etməklə dövlətə vergi öhdəliklərindən bir neçə milyard dram az vergi ödəyib.
Aparılan yoxlamaların nəticələrinə əsasən, vergi, rüsum və başqa məcburi ödəmələrdə yayınmalarla bağlı cinayət işi başlanılıb. Hazırda dövlətə vurulan ziyanın məbləği və təbii qaz istehlakı sahəsində korrupsiya halları araşdırılır.
Son xəbərlər
19:35
Bərdədə üç yaşlı uşaq quyuya düşərək ölüb
Hadisə19:32
Tovuzda qidadan zəhərlənənlər evə buraxılıblar - YENİLƏNİB
Hadisə19:30
Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə19:29
Azərbaycanın olimpiya mükafatçısı İslamiadada bürünc medal qazanıb
Fərdi19:14
Foto
Oğuzdan axan dağ çaylarında qabaqlayıcı tədbirlər görülür
İnfrastruktur19:00
İslamiada: Azərbaycan təmsilçisi bürünc medal qazanıb
Fərdi18:59
Ağcabədidə zəncirvari yol qəzası olub, ölən və xəsarət alan var
Hadisə18:48
"Barselona" beş müdafiəçi ilə maraqlanır
Futbol18:30