GAİM: Təcavüzkar Ermənistan Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir

GAİM: Təcavüzkar Ermənistan Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir “Cəbhə boyu yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür və axan qanların durması, yeni insan itkilərinin və dağıntıların olmaması üçün yeganə yol təcavüzkarın Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi
Region
28 Sentyabr , 2020 16:59
GAİM: Təcavüzkar Ermənistan Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir

“Cəbhə boyu yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür və axan qanların durması, yeni insan itkilərinin və dağıntıların olmaması üçün yeganə yol təcavüzkarın Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) bəyanatında bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğu regionda sülh və sabitliyə ciddi təhlükədir: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir”.

Son xəbərlər

Orphus sistemi