FTX rəsmisi: "Son beş ildə Rusiyada hərbçilərə qarşı planlaşdırılan 4 terror aktının qarşısı alınıb"

Region
  • 18 dekabr, 2018
  • 07:41
FTX rəsmisi: Son beş ildə Rusiyada hərbçilərə qarşı planlaşdırılan 4 terror aktının qarşısı alınıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) son beş il ərzində hərbçilərə qarşı planlaşdırılan 4 terror aktının qarşısını alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu FTX-nin Hərbi əks-kəşfiyyat idarəsinin rəisi general-polkovnik Nikolay Yuryev bildirib.

Onun sözlərinə görə, Hərbi əks-kəşfiyyat idarəsi terror yönümlü 6 cinayətin qarşısını alıb və 25 ekstremist qruplaşmanın fəaliyyətini aşkarlayıb.

General-polkovnik bildirib ki, son beş ildə xüsusi xidmət orqanlarının əməkdaşları hərbi hissələrdən qanunsuz çıxarılan 2 mindən çox odlu silah, 2 milyona yaxın sursat, 377 əldəqayırma partlayıcı, eləcə də 32 ton partlayıcı maddə müsadirə edib.

Qeyd edək ki, bir müddət əvvəl FTX-nin direktoru Aleksandr Bortnikov 2018-ci ildə 65 terrorçunun, o cümlədən 10 dəstəbaşçısının, habelə 236 terrorçunun və terrorçuların 589 himayəçisinin zərərsizləşdirldiyini bildirmişdi. 

44 filmi