FTB müstəntiqləri ABŞ-a qanunsuz kapital ixracı faktlarını araşdırmaq üçün Ermənistana gedəcəklər

Region
  • 08 may, 2018
  • 08:55
FTB müstəntiqləri ABŞ-a qanunsuz kapital ixracı faktlarını araşdırmaq üçün Ermənistana gedəcəklər

Bakı. 8 may. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) müstəntiqlərindən ibarət nümayəndə heyəti yaxın günlərdə Ermənistana səfər edəcək.

Bu barədə "Report" Ermənistanın "Jamanak" qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu qrup Ermənistandan ABŞ-a qanunsuz kapital ixracı faktlarını araşdıracaq.

"Müstəntiqlər əsasən qanunsuz qazandıqları pulları ölkədən çıxaran və ABŞ-da əmlak almaq və ya biznesə pul qoymaqla vəsaiti qanuniləşdirməyə çalışan Ermənistan oliqarxları və məmurları diqqətdə saxlayacaq", - qəzet yazır.

Amma hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Qeyd edək ki, bu gün Ermənistanda yeni baş nazir seçkiləri keçirilir. Bu vəzifəyə yeganə namizəd etiraz aksiyasının lideri, "Çıxış" müxalifət fraksiyasının rəhbəri Nikol Paşinyandır.

O, daha əvvəl Ermənistanın yeni hökumətində heç bir oliqarxın olmayacağını bildirib.

44 filmi