“Freedom House” Ermənistanda demokratik normaların tənəzzülündən narahatdır

“Freedom House” Ermənistanda demokratik normaların tənəzzülündən narahatdır “Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı Ermənistanda demokratik normaların və söz azadlığının tənəzzülündən narahatlığını ifadə edib.
Region
5 Fevral , 2022 15:58
“Freedom House” Ermənistanda demokratik normaların tənəzzülündən narahatdır
Nikol Paşinyan

“Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı Ermənistanda demokratik normaların və söz azadlığının tənəzzülündən narahatlığını ifadə edib.

“Report” xəbər verir ki, bu barədə təşkilat özünün tviter səhifəsində, Ermənistan vətəndaşının bu yaxınlarda qəbul edilmiş “Ağır təhqirlər haqqında” qanuna uyğun olaraq, Baş nazir Nikol Paşinyanı təhqir etməkdə günahkar bilinərək 500 000 dram (1000 ABŞ dolları) cərimə olunması barədə xəbəri şərh edərkən yazıb.

“Biz, dövlətin vəzifəli şəxslərinin “ağır şəkildə təhqir olunmasına” görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanuna əsasən ilk Ermənistan vətəndaşının məsuliyyətə cəlb edilməsindən narahatıq. Bu, demokratik normaların aşkar tənəzzülündən xəbər verir və Ermənistanda ifadə azadlığı üçün maneə effekti yaradır”, - paylaşımda deyilir.

“Freedom House” həmçinin Ermənistan parlamentini insan hüquqlarını pozan bu qanunu ləğv etməyə çağırıb.

“Parlamenti Ermənistan Konstitusiyasında, ölkənin ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərdə və Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş prinsipləri aşkar şəkildə pozan bu qanunu ləğv etməyə çağırırıq”, - “Freedom House” təşkilatının bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi