Fransalı politoloq: “Terror qorxaqların silahıdır”

Fransalı politoloq: “Terror qorxaqların silahıdır” "Bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə hücum onu ​​göstərir ki, bəzi qüvvələr Qafqazda sülh olmasını istəmir".
Region
27 yanvar 2023 13:31
Fransalı politoloq: “Terror qorxaqların silahıdır”

"Bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə hücum onu ​​göstərir ki, bəzi qüvvələr Qafqazda sülh olmasını istəmir".

Bunu "Report"a açıqlamasında Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru, fransalı politoloq Erik Qozlan deyib.

“Terror qorxaqların, arqumenti olmayanların, eləcə də sülhdən imtina edənlərin silahıdır”, - o bildirib.

Politoloqun fikrincə, Avropa və ABŞ İranın Qafqazda müharibə oyunu oynadığını anlamalıdır.

“Onlar “mollalara” yaxın olanların bu prosesdən uzaqlaşdırılmasını tələb edərək sülhün təmin edilməsinə nail olmalıdırlar”, - E.Qozlan əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Orphus sistemi