Bakı. 20 yanvar. REPORT.AZ/ Fransanın Beze şəhərində bir və ya bir neçə terror aktı hazırlamaqda şübhəli bilinən beş rusiyalı saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə TF-1 telekanalı məlumat yayıb.
Fransa Prokurorluğunun məlumatına görə, söhbət 24-37 yaşlarında olan Çeçenistan mənşəli şəxslərdən gedir.
Beze şəhər prokuroru İvon Kalve qeyd edib ki, planlaşdırılan hücumlar bu yaxınlarda Parisdə törədilən terror aktı ilə əlaqəli deyil. Onun məlumatına görə, planlaşdırılan terror aktları çeçenlər arasında münaqişə ilə əlaqəlidir.
Bu ərəfədə, Rusiyanın Parisdəki səfirliyi məlumatı nə təsdiq, nə də inkar edib.