"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) "ВВ-"dən "В+"dək azaldıb.
"Report" xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.
“Türkiyənin reytinqi ölkə siyasətinin etibarlılığının və proqnozlaşdırılma səviyyəsinin zəifliyini, yüksək inflyasiyanı, xarici maliyyələşmə ilə bağlı yüksək tələblər və dollarlaşma ilə müqayisədə zəif xarici likvidliyi, həmçinin geosiyasi riskləri əks etdirir”, - agentliyin məlumatında deyilir.
"Fitch" inflyasiyanın qarşısını almaq üçün hökumətin gördüyü tədbirlərin makroiqtisadi və maliyyə sabitliyi risklərinin davamlı şəkildə azaldılması ilə nəticələnəcəyini gözləmir.
Agentliyin proqnozlarına görə, Türkiyədə ilin sonunadək inflyasiya 38%-ə çatacaq və 2022-ci il üçün orta hesabla 41%, 2023-cü il üçün 28% təşkil edəcək, bununla da “Fitch” agentliyinin reytinqini hazırladığı suveren ölkələri arasında ikinci ən yüksək göstərici olacaq.
Qeyd edək ki, ötən ilin əvvəli 7,4 lirəyə mübadilə olunan 1 ABŞ dolları dekabrın 20-də rekord 18,4 lirə səviyyəsinə çatıb. Noyabr ayının 23-cü qeydə alınmış 18%-lik eniş son 20 ilin ən yüksək göstəricisi olub.