Bakı. 19 dekabr. REPORT.AZ/ "Paralel quruluş" əməliyyatı nəticəsində Türkiyədə çıxan "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı sərbəst buraxılsa da, "camaat"ın lideri Fətullah Gülənin həbs olunması haqda qərar çıxarılıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu bəyanatı Türkiyənin baş naziri Əhməd Davudoğlu Çadın naziri Kalzeube Duerebetlə keçirdiyi birgə mətbuat konfransında verib.
"Fətullah Gülənlə bağlı nə lazımdırsa, məhkəmə onu da edəcək. Bizim hər hansı şərh verməyimizə ehtiyac yoxdur. Heç bir ayrı-seçkilik edilmədən oxşar vəziyyətdə vətəndaşla necə davranılırsa, onunla da eləcə rəftar ediləcək. Bu məsələdə qərarımız qətidir", - Ə.Davudoğlu söyləyib.