Fars körfəzində İran və Amerika gəmiləri arasında insident baş verib

Region
  • 11 sentyabr, 2017
  • 03:58
Fars körfəzində İran və Amerika gəmiləri arasında insident baş verib

Bakı. 11 sentyabr. REPORT.AZ/ İran Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus "Falaken" raket kateri İslam Respublikasına aid digər gəmiyə yaxınlaşan Amerika gəmisinə xəbərdarlıq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran HDQ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, Fars körfəzində, Cask liman şəhərinin təqribən 72 km-də texniki nasazlıq səbəbindən qəzaya uğrayan "Şəms" balıqçı gəmisi İran HDQ-dən kömək istəyib. Xilasetmə əməliyyatı üçün əraziyə "Falaken" raket kateri göndərilib. Əməliyyat zamanı balıqçı gəmisinə yaxınlaşan ABŞ HDQ-nə məxsus gəmi "Falaken" tərəfindən xəbərdarlıq alıb və həmin ərazini tərk etmək məcburiyyətində qalıb.

44 - Tezliklə