Həştərxanda Rusiya Qvardiyası əməkdaşlarını atəşə tutan silahlılar məhv edilib - YENİLƏNİB

Region
  • 06 aprel, 2017
  • 03:33
Həştərxanda Rusiya Qvardiyası əməkdaşlarını atəşə tutan silahlılar məhv edilib - YENİLƏNİB
Foto: "RİA Novosti"

Bakı. 6 aprel. REPORT.AZ/ Həştərxanda iki polis əməkdaşını öldürmüş və Rusiya Qvardiyasına hücum edərək 3 nəfəri yaralamış silahlılar məhv edilib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi Rusiya Qvardiyasının Həştərxan vilayəti üzrə idarəsinə istinadən xəbər verib. 

Xəbərdə bildirilirr ki, cinayətkarlar xüsusi əməliyyat zamanı zərərsizləşdiriliblər. "Onlar əməkdaşlarımız tərəfindən mühasirəyə alınıb və xüsusi əməliyyat zamanı zərərsizləşdiriliblər" - deyə idarədən bildirilib. 

Hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açmış cinayətkarların sayı 4 nəfər olub. 

***04:32

Naməlum şəxslər hüquq-mühafizə orqanlarının Həştərxanda öldürülmüş iki polis əməkdaşının qatillərinin axtarışı zamanı Rusiya Qvardiyasının 3 əməkdaşına avtomobildən atəş açıblar.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Həştərxanda öldürülmüş polis əməkdaşlarının qatilləri saxlanılması ilə əlaqədar həyata keçirilən operativ-axtarış tədbirləri çərçivəsində şəhərin bir sıra yerlərində polis postları qurulub. Lenin rayonundakı postlardan birində Rusiya Qvardiyasının əməkdaşlarınaa açılmış atəş nəticəsində qvardiyanın 3 əməkdaşı yaralanıb.

İlkin ehtimala görə, hücum edənlər də 3 nəfər olub. Onlardan biri atışma zamanı öldürülüb.

Mənbə həmin şəxslərin polis əməkdaşlarını qətlə yetirmiş qatillər olduğunu istisna etməyib.

44 filmi