Ermənistanın üç hərbçisi ölüb

Region
  • 29 dekabr, 2016
  • 10:23
Ermənistanın üç hərbçisi ölüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Ermənistan-Azərbaycan sərhədində üç erməni hərbçisi ölüb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölənlər baş leytenant Şavarş Məlikyan və ikisi sıravi əsgər Edqar Narayan və Erik Abovyandır.