Suren Papikyan və Belçika Baş nazirinin müavini müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB

Suren Papikyan və Belçika Baş nazirinin müavini müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə yollanıb.
Region
28 May , 2024 14:05
Suren Papikyan və Belçika Baş nazirinin müavini müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB

Brüsseldə Ermənistanın müdafiə naziri Suren Papikyanla Belçikanın Baş nazirinin müavini David Klarinval arasında keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın qurulması perspektivləri müzakirə olunub.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

S.Papikyan ölkənin silahlı qüvvələrində aparılan islahatların gedişatını və hədəflərini təqdim edib.

NATO və Aİ çərçivəsində əməkdaşlıq məsələləri, regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

09:20

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə yollanıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

S.Papikyanın səfəri işgüzar xarakter daşıyır.

Səfərin digər təfərrüatları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi