Ermənistanın keçmiş baş nazirinin qardaşı həbs edilib
Region
- 11 avqust, 2018
- 13:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 avqust. REPORT.AZ/ Yerevan məhkəməsi Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın qardaşı Conik Abraamyanın həbs edilməsi barədə qərar çıxarıb.
"Report" TASS-a istinadən xəbər verir ki, C.Abraamyanın barəsində iri həcmdə silah-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasına dair ittiham irəli sürülüb.
Məhkəmə C.Abraamyanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib, araşdırma aparılır.
Qeyd edək ki, C.Abraamyan 2008-ci il martın 1-də müxalifətin etiraz aksiyası zamanı baş vermiş qətl işlərində günahlandırılır.
Xatırladaq ki, O.Abraamyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb.
Son xəbərlər
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr
23:22
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Digər ölkələr
23:12
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Digər ölkələr