Ermənistanın baş naziri və “Rosatom”un rəhbəri AES-in yeni enerji blokunun tikintisini müzakirə ediblər

Region
  • 02 may, 2023
  • 13:40
Ermənistanın baş naziri və “Rosatom”un rəhbəri AES-in yeni enerji blokunun tikintisini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan “Rosatom”un Baş direktoru Aleksey Lixaçovun başçılıq etdiyi Rusiya nümayəndə heyətini qəbul edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısının saytında məlumat verilib.

Görüşdə nüvə enerjisi sahəsində əməkdaşlıq, Ermənistanda atom elektrik stansiyasının (AES) yeni enerji blokunun tikintisi, həmçinin AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılması məsələləri müzakirə edilib.

44 filmi