Ermənistan Respubkaçılar Partiyasından keçmiş deputat və sabiq Müdafiə naziri Aram Arutyunyan və
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Naziri Nikol Paşinyan aprelin 26-da jurnalistlərə açıqlamasında bildirib.
“Miqran Poqosyan iri həcmdə dövlət əmlakını mənimsəmək və dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun barəsində Ermənistanda axtarış elan olunub. Rusiyanın hüquq-mühafizə orqanları onu Kareliyada tutublar. Hazırda Poqosyanın Ermənistana ekstradisiyası barədə danışıqlar aparılır”, - o deyib.
Baş Nazir vurğulayıb ki, Aram Arutyunyan iri məbləğdə rüşvət almaqda qanunsuz yolla əldə etdiyi var-dövlətin leqallaşdırılmasında ittiham olunur: “Məhkəmə qiyabi olaraq onun barəsində həsb qətimkan tədbiri seçib və axtarış elan edib”.
Hər iki məmur 2018-ci ilin dekabrında keçirilən parlament seçkilərinədək Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının deputatı olub.
“Onlar toxunulmazlıq hüquqlarından yararlanıblar. Əgər onları saxlasaydılar, onda deyəcəkdilər ki, bəs qanun, onun aliliyi harada qaldı? Dünya çox kiçikdir, hara gedəcəklər?”, - o qeyd edib.
Nikol Paşinyan Rusiyanın yaxın günlərdə keçmiş deputatları Ermənistana ekstradisiya edib-etməyəcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib: “Bildiyimə görə, keçmiş Müdafiə naziri Rusiya vətəndaşıdır və biz bunu nəzərə almalıyıq. İndi elə bir şərait yaranıb ki, qanun icazə vermədiyindən biz öz vətəndaşmızı ekstradisiya edə bilmirik”.