Ermənistanda yol qəzasında bir hərbçi ölüb, ikisi yaralanıb

Region
  • 31 avqust, 2018
  • 08:28
Ermənistanda yol qəzasında bir hərbçi ölüb, ikisi yaralanıb

Bakı. 31 avqust. REPORT.AZ/ Ötən gecə Ermənistanda hərbçilərin iştirakı ilə növbəti yol qəzası baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Spitak-Vanadzor yolunda "VAZ-2106" avtomobili yolun hərəkət hissəsindən çıxaraq yandakı sahəyə girib. Hadisə nəticəsində sürücü yerindəcə ölüb. Avtomobildə olan iki sərnişin isə yaralı vəziyyətdə Spitak xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananlar N saylı hərbi hissənin hərbçiləridir.

44 - Tezliklə