Ermənistanda yol qəzası baş verib, 3 nəfər ölüb, 2-si yaralanıb

Region
  • 16 sentyabr, 2019
  • 08:06
Ermənistanda yol qəzası baş verib,  3 nəfər ölüb, 2-si yaralanıb

Ermənistanda Yerevan-Mehri avtomobil yolunda “KamAZ”la “BMW” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 2-si yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, qəza nəticəsində “BMW” tamamilə, “KamAZ”ın isə kabinəsi yanıb. “BMW”nin sürücüsü və iki sərnişin hadisə yerində ölüb.

“KamAZ”ın sürücüsü və minik maşınının daha bir sərnişini yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.