Ermənistanda tələbələr təhsil nazirinin istefası tələbi ilə tətil edir

Region
  • 12 noyabr, 2019
  • 11:19
Ermənistanda tələbələr təhsil nazirinin istefası tələbi ilə tətil edir

Ermənistanda Yerevan Dövlət Universitetinin (YDU) tələbələri təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə yenidən etiraz aksiyasını başlayıblar.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, tələbələr səhər saatlarında YDU qarşısında toplaşaraq yürüşə başlayıblar. Onlar müəllimləri də bu aksiyaya qoşulmağa çağırırlar.