Ermənistanda sorğu: “Rusiyada seçkilər formal xarakter daşıyır”

Ermənistanda sorğu: “Rusiyada seçkilər formal xarakter daşıyır” Tbilisi. 16 mart. REPORT.AZ/ “Rusiyada da seçkilər Ermənistanda olduğu kimi keçirilir”.
Region
16 Mart , 2018 14:11
Ermənistanda sorğu: “Rusiyada seçkilər formal xarakter daşıyır”

Tbilisi. 16 mart. REPORT.AZ/ “Rusiyada da seçkilər Ermənistanda olduğu kimi keçirilir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikri Ermənistanın birinci kanalının Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yerevan sakinləri arasında keçirdiyi sorğuda iştirak edənlərin çoxu bildirib. 

Sorğuda iştirak edən ermənilər suallara özünəməxsus şəkildə cavab veriblər.

Onların böyük əksəriyyətinin cavabları “Rusiyada keçirilən seçkilər formal xarakter daşıyır". "Rusiyada da seçkilər Ermənistandakı kimi keçirilir", "Kimi istəyirlər onu da təyin edirlər", "Onsuz da Rusiyada Vladimir Putin prezident seçiləcək” kimi olub.

Son xəbərlər

Orphus sistemi