Ermənistanda sonuncu rusdilli televiziya proqramı bağlanıb
Region
- 14 dekabr, 2018
- 19:00
Bakı. 14 dekabr. REPORT.AZ/ Ermənistanda "Nə? Harda? Nə vaxt" televiziya proqramı yeni mövsümdən sırf erməni dilində yayımlanacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil və elm naziri səlahiyyətlərini icra edən Araik Arutyunyan bildirib.
"Layihə yeni mövsümdən sırf erməni dilində efirə çıxacaq. Hökumət proqram üçün 17 milyon dram (təxminən 35 min dollar) vəsait ayıracaq. Mən təşkilatçıları dəfələrlə oyunu rus dilində apardıqlarına görə tənqid etmişəm", - deyə Arutyunyan özünün "facebook" səhifəsində yazıb.
Bununla da Ermənistanda rus dilində çıxan sonuncu televiziya proqramı bağlanıb.
Bir neçə gün əvvəl məlum olub ki, Ermənistanı tərk edərək Rusiyada vətəndaşlıq alan ermənilərin sayı artıb.
Son xəbərlər
03:37
Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
Region03:09
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
İKT02:40
Bəqai: İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib
Region02:14
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya: Böyük oyunlarda ən kiçik səhvə də yer yoxdur
Futbol02:10
ABŞ "İran elitasının maliyyəçisi"nə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr01:42
Luis de la Fuente: Fransanı məğlub etmək gücündə olduğumuza inanırıq
Futbol01:37
Qaxda vətəndaş qəbulu keçirilib
Daxili siyasət01:31
Lamin Yamal İspaniya - Belçika matçının ən yaxşısı seçilib
Futbol01:28