Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı Ermənistanda daha 374 nəfərdə koronavirus aşkarlanıb
Region
24 Sentyabr , 2020 10:55
Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda daha 374 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 48 251-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 945-ə çatıb. İndiyədək 43 266 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 748 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün qeydə alınmış yoluxma hallarının sayı 210 idi.

Son xəbərlər

Orphus sistemi