Bakı. 15 may. REPORT.AZ/ Ermənistanın Ararat sement zavodunun işçiləri etiraz aksiyası keçiriblər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, mitinqdə müəssisənin 1200 əməkdaşından 600-dən çoxu iştirak edib.
Onlar 50-80 min dramlıq (100-160 dollar) əmək haqlarının artırılmasını, eləcə də maaşların mayın 20-dək verilməsinin tələb ediblər.
Zavodun işçilərindən biri deyib ki, əmək haqlarının müəssisənin mühasibi deyil, sexin müdiri verir. Onun sözlərinə görə, zavodun əməkdaşları əmək halqlarının artırlmasını bir dəfə tələb ediblər: “Onda maaşlar 2000 min dram artırıldı“.