Ermənistanda sabiq qubernatorun oğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur

Region
  • 27 avqust, 2018
  • 13:16
Ermənistanda sabiq qubernatorun oğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur
newsarmenia.am

Bakı. 27 avqust. REPORT.AZ/ Ermənistanın İstintaq Komitəsi Sünik vilayətinin sabiq qubernatoru Surik Xaçatryanın 1994-cü il təvəllüdlü oğlu Tiqran Xaçatryanı saxta sənədlərdən istifadə edərək hərbi xidmətdən yayınmaqda şübhəli bilərək istintaqa cəlb edilməsi barədə qərar qəbul edib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı T.Xaçatryanın yerini müəyyənləşdirmək mümkün olmayıb və o, axtarışa verilib.

44 filmi