Bakı. 26 may. REPORT.AZ/ Ermənistanla Gürcüstan arasındakı "Bavra" gömrük məntəqəsinin rəisi rüşvət almaq ittihamı ilə həbs olunub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
Onun barəsində Cinayət Məcəlləsinin rüşvət alma və vermə, rüşvət almaqda vasitəçilik etmə, ticarət məqsədi ilə rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.