Ermənistanda qızılcaya yoluxma hallarının laboratoriya tərəfindən təsdiqlənmiş sayı 513-ə çatıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
"Bu həftə 4 nəfər xəstəxanaya yerləşdirilib. 336 xəstə artıq evə buraxılıb", - məlumatda deyilir.
Qeyd edilib ki, xəstəliyə yoluxanlardan 365-i uşaqdır.