Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib

Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib Bakı. 20 sentyabr. REPORT.AZ/ Ermənistanda polis polkovniki Vram Bejanyan tabeliyindəki işçilərin pul mükafatını mənimsəyib.
Region
20 Sentyabr , 2018 11:51
Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ermənistanda polis polkovniki Vram Bejanyan tabeliyindəki işçilərin pul mükafatını mənimsəyib. 

“Report” “Sputnik-Armeniya” istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.

Belə ki, “Polis günü” münasibətilə Polis qoşunu hissəsinin 7 əməkdaşının hər birinə 200 dollara yaxın mükafat təyin olunub. V.Bejanyan həmin pulları mənimsəyib. Polis əməkdaşlarına isə mükafatın düzgün hesablanmadığını bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, səlahiyyət həddini aşma maddələri üzrə ittiham irəli sürülüb. 

Artıq V.Bejanyanın cinayət işinin istintaqı tamamlanaraq Armavir Vilayət Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi