Ermənistanda koronavirus xəstələrinin vəziyyəti ağırlaşdı

Ermənistanda koronavirus xəstələrinin vəziyyəti ağırlaşdı Ermənistanda koronavirusa yoluxmuş 35 pasiyentin vəziyyəti son dərəcə ağırdır, onlardan 9-u süni nəfər aparatına qoşulub.
Region
3 May , 2020 18:39
Ermənistanda koronavirus xəstələrinin vəziyyəti ağırlaşdı

Ermənistanda koronavirusa yoluxmuş 35 pasiyentin vəziyyəti son dərəcə ağırdır, onlardan 9-u süni nəfər aparatına qoşulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

"Bu gün 65 koronavirus xəstəsi ağır vəziyyətdədir. Onlardan 35-nin vəziyyəti son dərəcə ağırdır. Xəstələrdən 9-u süni nəfər aparatına qoşulub", - nazir “facebook”da canlı yayımda deyib.

Onun sözlərinə görə, bu, hələlik səhiyyə sistemi üçün çox böyük yüklənmə deyil.

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə martın 16-dan mayın 14-dək fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə koronavirusa 2 386 yoluxma aşkarlanıb, COVID-19-a yoluxmuş 1 035 nəfər sağalıb, 35 pasiyent ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi