Ermənistanda nazirlik binasına bomba qoyulması xəbəri yanlış çıxıb - YENİLƏNİB

Ermənistanda nazirlik binasına bomba qoyulması xəbəri yanlış çıxıb - YENİLƏNİB Nazirliyin əməkdaşları iş yerlərinə qayıdıblar
Region
1 Sentyabr , 2017 13:40
Ermənistanda nazirlik binasına bomba qoyulması xəbəri yanlış çıxıb - YENİLƏNİB

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında bombanın olmasına dair xəbər yanlış çıxıb.

"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, nazirliyin əməkdaşları iş yerlərinə qayıdıblar.

***12:52

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bomba həyəcanı ilə əlaqədar Yerevanda Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında olan insanlar evakuasiya edilib.

"Report"un "Novosti-Armeniya"ya istinadən verdiyi xəbər görə, nazirlik binasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olduqdan sonra oradakı əməkdaşların evakuasiyası həyata keçirilir.

Respublika meydanında yerləşən nazirlik binasına əməliyyatçılar göndərilib. 

Son xəbərlər

Orphus sistemi