Ermənistanda məhkəmə Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğuna dair qərar çıxarıb

Ermənistanda məhkəmə Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğuna dair qərar çıxarıb Bakı. 13 avqust. REPORT.AZ/ Ermənistan Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğunu dair qərar çıxarıb.
Region
13 Avqust , 2018 17:06
Ermənistanda məhkəmə Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğuna dair qərar çıxarıb

Bakı. 13 avqust. REPORT.AZ/ Ermənistan Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğunu dair qərar çıxarıb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Qeyd edək ki, sabiq prezidentin vəkilləri həbsin qanunsuzluğuna dair şikayət ərizəsini avqustun 10-da veriblər.

Xatırladaq ki, bu ilin iyulun 26-da Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində R.Koçaryana qarşı Konstitusiya quruluşunun devirilməsi ittihamını irəli sürüb. Bundan bir gün sonra o, iki ay müddətinə həbs olunub.

Son xəbərlər

Orphus sistemi