Ermənistanda Lavrovun səfərinə etiraz mitinqində polislə qarşıdurma baş verib

Ermənistanda Lavrovun səfərinə etiraz mitinqində polislə qarşıdurma baş verib Etirazçılar Lavrovun Qarabağ problemi ilə bağlı “anti-erməni planı” gətirdiyini bildiriblər
Region
22 Aprel , 2016 02:54
Ermənistanda Lavrovun səfərinə etiraz mitinqində polislə qarşıdurma baş verib

Bakı. 22 Aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı İrəvanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirilib.

“Report” “Azadlıq” radiostansiyasına istinadən xəbər verir ki, aksiya zamanı polislə qarşıdurma baş verib.

21 aprel aksiyasının iştirakçıları Rusiya səfirliyinin qarşısına toplaşıblar. Onlar Lavrovun özü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “anti-erməni planı” gətirdiyini bildiriblər və Azərbaycana silah satışının dayandırılmasını tələb ediblər.

Sergey Lavrov aprelin 22-də erməni həmkarı Edvard Nalbandyan ilə ikitərəfli münasibətlər və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. 

Son xəbərlər

Orphus sistemi