Ermənistanda daha 57 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 57 nəfər koronavirusdan ölüb Ermənistanda daha 1 263 nəfərdə koronavirus aşkarlanıb.
Region
26 Oktyabr , 2021 11:16
Ermənistanda daha 57 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 1 263 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 298 069-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 57 nəfər artaraq 6 112-ə çatıb.

Son xəbərlər

Orphus sistemi