Ermənistanda koronavirusa yoluxanların sayı 92 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 92 mini ötdü Ermənistanda daha 2 441 nəfərdə koronavirus aşkarlanıb
Region
1 Noyabr , 2020 10:40
Ermənistanda koronavirusa yoluxanların sayı 92 mini ötdü

Ermənistanda daha 2 441 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 92 254-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 1 363-ə çatıb. İndiyədək 55 827 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 34 691 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi