Ermənistanda koronavirusa yoluxanların sayı 348 mini ötüb

Ermənistanda koronavirusa yoluxanların sayı 348 mini ötüb Ermənistanda son sutkada daha 360 nəfərdə COVID-19 aşkarlanıb
Region
18 Yanvar , 2022 11:07
Ermənistanda koronavirusa yoluxanların sayı 348 mini ötüb

Ermənistanda son sutkada daha 360 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 348 145-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 8 022-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 516 nəfərdir. İndiyədək 333 716 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 891 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi