Ermənistanda keçmiş idarə rəisi rüşvətxorluq və dövlət əmlakını mənimsəməkdə ittiham olunur
- 26 dekabr, 2017
- 06:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 dekabr. REPORT.AZ/ Ermənistanın Sevan rayonunun Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı və Aktları İdarəsinin (VVAQ) keçmiş rəisi M.K. rüşvətxorluq, rəsmi sənədləri saxtalaşdırmaq və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları onun əmək fəaliyyətinə bir neçə ildir nəzarət ediblər.
O, müxtəlif epizodlar üzrə, o cümlədən saxta sənəd hazırladığı üçün də cinayət məsuliyyətinə cəlb olunub. M.K. dövlət sərhədinin qanunsuz keçmək istəynlər üçün saxta sənəd verib. S.Q. adlı Ermənistan vətəndaşına ölkədən çıxmaq qadağan olunubmuş. Amma o, qeydiyyata şöbəsinə müraciət edib. M.K. ona saxta pasport düzəldib.
M.K. 2014-cü ilin sentyabrından həbsdədir.