Ermənistanda itkin düşən əsgərin atasına qarşı 30 min dollarlıq dələduzluq edilib

Ermənistanda itkin düşən əsgərin atasına qarşı 30 min dollarlıq dələduzluq edilib MTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində V.K. istədiyi məbləğin 15 min dollarını alarkən tutulub. Hadisə ilə bağlı cinayəti işi açılıb
Region
128
2 Mart , 2021 11:20
Ermənistanda itkin düşən əsgərin atasına qarşı 30 min dollarlıq dələduzluq edilib

Ermənistan ordusunun itkin düşən hərbçisinin atasına qarşı 30 min ABŞ dolları məbləğində dələduzluq edilib.

“Report” “Aysor”a istinadən xəbər verir ki, faktla bağlı ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) Şirak Regional İdarəsinin əməkdaşları Yerevanda əməliyyat-axtarış tədbiri keçirib.

Məlum olub ki, X.A. adlı əsgər İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib və itkin düşüb. V.K. əsgər atası olan A.-nın etibarını qazanaraq ondan oğlunu “Azərbaycan əsirliyindən” xilas etmək üçün 30 min ABŞ dolları istəyib. MTX-dən bildirib ki, o, əsgər atasını xarici dövlətlərin müəyyən dairələri ilə əlaqəsi olduğuna inandırıb.

V.K. alacağı məbləğin 15 min dollarını Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə verəcəyini deyib. O, qalan məbləğin isə müxtəlif məsələlərə xərclənəcəyini bildirib. Sövdələşmənin daha etibarlı olması üçün o, aldığı məbləği 2021-ci il fevralın 22-də notarial qaydada sənədləşdirib.

MTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində V.K. istədiyi məbləğin 15 min dollarını alarkən tutulub. Hadisə ilə bağlı cinayəti işi açılıb.

Son xəbərlər

Orphus sistemi