Ermənistanda itkin düşən Rusiya hərbi qulluqçusu qətlə yetirilib

Ermənistanda itkin düşən Rusiya hərbi qulluqçusu qətlə yetirilib Fevralın 21-dən itkin düşən Artur Afyanın meyiti bir mağazanın arxa həyətində aşkarlanıb
Region
8 Mart , 2015 17:02
Ermənistanda itkin düşən Rusiya hərbi qulluqçusu qətlə yetirilib

Bakı. 8 mart. REPORT.AZ/ Ermənistanın Gümrü şəhərində itkin düşən Rusiya Sərhəd Xidmətinin müqaviləli hərbi qulluqçusu, 26 yaşlı Artur Afyanın meyiti ağacda asılı vəziyyətdə tapılıb.

"Report"-un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 21-dən itkin düşən Artur Afyanın meyiti bir mağazanın arxa həyətində aşkarlanıb.

Qeyd edək ki, A.Afyan Ermenistan vətəndaşı olub vı müqavilə əsasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsində işləyib.

Həyat yoldaşının sözlərinə görə, hərbi qulluqçu ona zəng edərək vidalaşıb və qayıtmayacağını bildirib. Bəzi məlumatlara görə, ailənin böyük məbləğdə borcu olub.

Son xəbərlər

Orphus sistemi