Ermənistanda baş vermiş yol qəzasında 10 hərbçi xəsarət alıb

Ermənistanda baş vermiş yol qəzasında 10 hərbçi xəsarət alıb Yaralılardan 2-nin vəziyyəti ağırdır
Region
24 Mart , 2017 00:34
Ermənistanda baş vermiş yol qəzasında 10 hərbçi xəsarət alıb
Courtesy İmage

Bakı. 24 mart. REPORT.AZ/ Erməni hərbçiləri yol qəzasına düşüb.

"Report"un məlumatına görə, bu barədə "news.am"a Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovanisyan xəbər verib.

Onun sözlərinə görə, Sotk-Karvaçar magistral yolunda Müdafiə Nazirliyinə məxsus "Ural" avtomobili ilə "Volkswagen Golf" toqquşub. Hadisə nəticəsində 10 hərbçi xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.

"Hazırda onları Yerevana aparırlar" – deyə Ovanisyan bildirib. Yüngül yaralılar isə Vardenisdəki hospitala aparılıb.

"Shamshyan.com" məlumatına görə isə qəza nəticəsində hər iki maşın aşıb. Volkswagen isə 70 metrlik dərəyə yuvarlanıb. Yaralılardan 6-ı müqavilə ilə xidmət keçən hərbçilərdir.

Son xəbərlər

Orphus sistemi