Ermənistanda hakim koalisiya dağılıb

Region
  • 25 aprel, 2018
  • 14:56
Ermənistanda hakim koalisiya dağılıb

Bakı. 25 aprel. REPORT.AZ/ Ermənistanda hakim koalisiya dağılıb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib.

Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: "Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik".