Ermənistanda dövlət rəsmisi döyüldü

Ermənistanda dövlət rəsmisi döyüldü Ermənistanda döyülmə hadisəsi baş verib.
Region
6 Aprel , 2020 02:47
Ermənistanda dövlət rəsmisi döyüldü

Ermənistanda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib.

Bildirilir ki, hadisə Yerevanda qeydə alınıb. Marqaryan küçəsində Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitəsinin "İnventarlaşdırma və Qiymətləndirmə Agentliyi"nin baş direktoru Arman Abraamyan döyülüb.

Sayt bildirib ki, “Mercedes” markalı avtomobilin naməlum sürücüsü və dostları direktorla əvvəlcə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib. Dava zamanı dövlət rəsmisinə xəsarət yetirilib və onun avtomobilinin güzgüsü sındırılıb. 

Hadisəni törədənlər ərazidən qaçaraq gizləniblər.

Polis hadisəni törədənləri axtarır. 

Son xəbərlər

Orphus sistemi