Ermənistanda deputat köməkçisi həbs edilib

Region
  • 23 may, 2018
  • 09:53
Ermənistanda deputat köməkçisi həbs edilib

Bakı. 23 may. REPORT.AZ/ Ermənistan Respublikaçılar Partiyasından olan deputat Miqran Poqosyanın köməkçisi həbs olunub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, deputat mayın 23-də jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib.

Deputatlın köməkçisi aprel-may aylarında Ermənistanda keçirilən etiraz yürüşü zamanı aksiya iştirakçılarının avtomobilinə hücum etməkdə ittiham olunub.