Ermənistanın şimalında daşqın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Vətəndaş müqaviləsi” partiyasının deputatı Aren Mkrtçyan sosial şəbəkələrdəki hesabında yazıb.
Xatırladaq ki, ötən gün təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü barədə məlumat verilmişdi.