Ermənistanda daha 15 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 15 nəfər koronavirusdan ölüb Ermənistanda son sutkada daha 129 nəfərdə COVID-19 aşkarlanıb
Region
23 Dekabr , 2021 11:13
Ermənistanda daha 15 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 129 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 126-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 7 936-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 495 nəfərdir. İndiyədək 329 576 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 119 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi