Ermənistanda baş verən yol qəzasında polis zabiti ölüb

Region
  • 06 aprel, 2017
  • 06:57
Ermənistanda baş verən yol qəzasında polis zabiti ölüb

Bakı. 6 aprel. REPORT.AZ/ Ermənistanda Massis-Rancpar yolunda baş verən avtomobil qəzasında 28 yaşlı polis baş leytenantı Baqrat Vardanyan ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Massis rayon Polis Şöbəsinin əməkdaşı olub. 

Şahidlər bildirib, polisin idarə etdiyi “VAZ-21013” markalı avtomobilin qarşısına qəfildən mal-qara sürüsü çıxıb. B.Vardanyan heyvanları vurmamaq üçün manevr edən zaman idarəetməni itirib, nəticədə avtomobil aşıb. 

44 - Tezliklə