Ermənistanda avtomobildə baş verən partlayışda iki nəfər ölüb

Region
  • 27 oktyabr, 2019
  • 08:38
Ermənistanda avtomobildə baş verən partlayışda iki nəfər ölüb

Ermənistanın Antarut kəndində avtomobildə baş verən partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə "Report" RİA "Novosti" yə istinadən xəbər verir.

"27 oktyabr səhər saatlarında Antarut kəndində (İrəvandan 35 km məsafədə) avtomobildə baş verən partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb" - deyə, Ermənistan FHN-nin məlumatında qeyd olunub.

Hadisə yerinə xilasedicilər cəb olunub. Partlayışın baş vermə səbəbi açıqlanmır.  

Son xəbərlər

Bütün Xəbər Lenti