Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb

Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb Ermənistan Nazirlər Kabineti 1997-ci il martın 27-də imzalanmış Avrasiya Kino Akademiyasının yaradılması haqqında sazişi qüvvədən düşmüş hesab edib.
Region
13 fevral 2025 08:56
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb

Ermənistan hökuməti 1997-ci il martın 27-də imzalanmış Avrasiya Kino Akademiyasının yaradılması haqqında sazişi qüvvədən düşmüş hesab edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

"Sazişin məqsədi çoxmillətli müasir kino mədəniyyətinin inkişafı, milli kinematoqrafiya ənənələrinin qorunması və inkişaf etdirilməsi, MDB ölkələrinin mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsinə yeni təkan vermək idi", - qərarda qeyd olunub.

Bildirilib ki, bu qərar sazişin öz aktuallığını itirməsi ilə əlaqədardır.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi sazişin qüvvədən düşmüş hesab edilməsi haqqında protokolun imzalanmasını məqsədəuyğun hesab edib.

Son xəbərlər

Orphus sistemi