Ermənistanda atışma oldu, yaralılar var

Region
  • 05 mart, 2020
  • 01:28
Ermənistanda atışma oldu, yaralılar var

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə Burnazyan küçəsində qeydə alınıb. Atışma zamanı 2 nəfər xəsarət alıb. Onlar “Erebuni” tibb mərkəzinə yerləşdiriliblər.

Yaralıların şəxsiyyəti müəyyənləşdirilir.